Xaçmazda 10 yaşlı uşağı maşın vurub

17 İyun 2020 11:34

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Xaçmaz şəhər sakini, 2010-cu il təvəllüdlü Nadirov Nihad Əzizağa oğlunu maşın vurub. Qəza nəticəsində azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az