Ağciyərləri koronavirusdan bu məhsullar qoruya bilər

16 İyun 2020 23:38

İspaniyalı mütəxəssislər ağciyərləri koronavirusdan qoruyan məhsulların adını açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dietoloq Alexandro Kanovas bildirib ki, yumurta, düyü, mavi balıq və qoz nəfəs sistemini möhkəmləndirməyə kömək edir.

Ağciyərlərin vəziyyəti pisləşdikdə orqanizmin zülala tələbatı artır. Yumurtanın tərkibində isə A vitamini, eləcə də keyfiyyətli zülallar var.

Bundan başqa, ağciyərlərə pomidor, üzlü süd və su müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, pomidorun tərkibində olan C vitamini antioksidant kimi nəfəslə bağlı problemlərin qarşısının alınmasında kömək edə bilər.

Milli.Az