Portuqaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Fernandu Santuşla müqaviləni uzadıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, F.Santuş millini 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionatının, 2018-2019 mövsümündə isə Millətlər Liqasının qalibi olub.
Milli.Az