Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

16 İyun 2020 21:24

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 16-na olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 801 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 391 699 test aparılıb.

Milli.Az