İtaliyada Siciliya vilayətinin Trapani şəhərində "Koza Nostra" mafiyasına qarşı növbəti əməliyyat keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat nəticəsində 13 nəfər saxlanılıb.
Daha 11 nəfər barəsində cinayət işi açılıb. Cinayət işi açılan şəxslər arasında Siciliyanın Kastellammare del Qolfo şəhərinin meri Nikola Ritso da yer alıb.
Polisin məlumatına görə, saxlanan şəxslər "Koza Nostra"nın lideri hesab olunan Matteo Messina Denaroya yaxın adamlardır. M.Messina Denaro özü 1993-cü ildən bəri polisin axtarışındadır.
Milli.Az