Nabranda avtomobillə vurulan piyada ölüb

16 İyun 2020 20:39

Xaçmaz rayonunun Nabran kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 16-da saat 2 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaradağbuduq kənd sakini Arif Vəliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az