Kürdə batan gəncin meyiti 11 gündən sonra tapılıb

16 İyun 2020 20:29

Kürdə batan gəncin meyiti 11 gün sonra tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 18 yaşlı Mirizadə Röyal Rafiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Kür çayının Bərdənin Qılıclı kəndi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Röyal Mirizadə iyunun 5-də Kür çayının Bərdə rayonunun Nazırlı kəndi ərazisində keçən hissəsində çimərkən batıb.

Milli.Az