Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib

16 İyun 2020 18:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Milli.Az