Sərt karantin günlərində 635 sürücü cərimə olunub - RƏSMİ

16 İyun 2020 16:02

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində karantin rejiminin pozan sürücülərin sayını açıqlayıb.

Milli.Az xəbər verir ki, BDYPİ-dən Trend-ə verilən məlumata görə, 14.06.2020-ci il saat 00:00-dan 16.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 635 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az