Neftçalada karantin qaydalarına nəzarət gücləndirilib

16 İyun 2020 15:27

"COVİD-19 pandemiyası dövründə Neftçalada karantin qaydalarına riayət edilməsi nəzarətdə saxlanılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində rayonda yoluxma səviyyəsi aşağıdır: "Həyata keçirilən tədbirlərlə əhali arasında maarifləndirmə tədbirləri gücləndirilib. Rayon İcra Hakimiyyəti daha çox onlayn prosedurlara üstünlük verib. İstər məktəblərdə, istərsə də bağçalarda onlayn tədris həyata keçirilib".

Milli.Az