Apple-ın mərkəzi ofisi fəaliyyətə başlayır

18 İyun 2020 22:40

Apple-ın əsas ofisi Apple Park bu gündən fəaliyyətə başlayır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple Park fəaliyyətini müəyyən məhdudiyyətlərlə davam etdirməli olacaq.

Koronavirusa yoluxma hallarının qarşısını almaq məqsədilə şirkətə gələn hər kəs COVID-19 testindən keçiriləcək.

Əməkdaşların sayı xeyli azaldılacaq və iş prosesində maska ilə fəaliyyət göstərəcəklər.

Şirkət mütəmadi olaraq işçilərin hərarətinin ölçüləcəyini qeyd edib.

Ofisdən çalışanlar arasında isə əsasən mühəndis və digər vacib kadrlara üstünlük veriləcək.

Milli.Az