ABŞ Ukraynaya hərbi yardım kimi nə qədər pul ödəyə bilər?

18 İyun 2020 23:10

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi saytında ölkənin Ukraynaya hərbi yardım olaraq pul ödəməyi planlaşdırdığı barədə xəbər yayılıb. Məlumatda Amerika tərəfinin ödəməyə hazırlaşdığı məbləğ də açıqlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yayılan məlumatlara görə, ABŞ Ukraynaya təxminən 250 milyon dollar yardım ödəyə bilər.

ABŞ tərəfinin planına əsasən, bu vəsait hərbi qüvvələrin əlavə təlimlərinin maliyyələşdirilməsinə, hərbi texnika alınmasına sərf olunmalıdır. Ayrılan vəsait həm də kadr hazırlığı üçün istifadə edilə bilər. Bu da ölkənin hərbi potensialını gücləndirməyə kömək edəcək.

Məlumatda qeyd olunur ki, Ukrayna "Rusiya ilə rəqabət cəbhəsində" ABŞ-ın əsas tərəfdaşıdır.

Milli.Az