ABŞ Huawei qadağasını ləğv edir

18 İyun 2020 20:05

ABŞ 5G sisteminin yaradılması üçün Huawei ilə əməkdaşlığa qoyulan qadağanı ləğv edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bununla yanaşı, ABŞ qlobal innovasiyalar sahəsində liderliyindən imtina etməyəcək.

Qeyd edək ki, mayın 14-də ABŞ prezidenti Donald Tramp, amerikan şirkətlərinə Huawei-in istehsal etdiyi telekommunikasiya avadanlıqlarından istifadə qadağasının vaxtının uzadılması barədə sərəncam imzalamışdı.

Milli.Az