Bu ölkədə maska taxmaq bir il məcburi ola bilər

16 İyun 2020 13:19

Maska taxmaq bir il boyunca məcburi ola bilər

Milli.Az bildirir ki, bu sözləri Londonun meri Sadiq Xan ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskaların istifadəsi ilə bağlı danışarkən deyib.

"Gələn il tibbi maska taxmağın tamamilə normal hala gələcəyini düşünürəm", - söyləyib.

İctimai nəqliyyatda tibbi maska taxmayanların 100 fund-sterlinq məbləğində cərimələnməsi ilə bağlı qərarın qəbulundan sonra ictimaiyyətə açıqlama verən mer bu qadağanın uzun müddət davam etmə ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, Birləşmiş Krallıq sərt karantin rejiminin tətbiqinə baxmayaraq koronavirusa yoluxanların sayına görə (296,857) siyahıda beşinci, ölənlərin sayına görə isə üçüncü yeri tutur. Burada 40 mindən çox insan Covid-19 səbəbi ilə dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az