Lənkəranda bacısı ilə çayda çimən 20 yaşlı oğlan boğuldu

16 İyun 2020 11:26

Lənkəran rayonunda gənc oğlan suda boğulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.

Rayonun Bəlləbur kənd sakini, 2000-ci il təvəllüdlü Əliyev Elgün Asəf oğlu bacısı Gülcahan Əliyeva və yeznəsi Elvin Cəfərovla birlikdə Yuxarı Nüvədi kəndi ərazisində dərinliyi 7 metr olan çaya çimməyə gedib.

E.Əliyev üzə bilmədiyi üçün çayın dərin yerində boğulub ölüb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az