Bərdədə avtomobil yanıb

15 İyun 2020 22:55

Bərdə rayonunun Şirvanlı kəndində "QAZ" markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az