Azərbaycanda daha 367 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

15 İyun 2020 19:55

Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Milli.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Milli.Az