Narkotiklə saxlanıldı, digər cinayətinin də üstü açıldı

15 İyun 2020 20:09

Bakıda narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin başqa cinayət törətdiyi də ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, E.Allahverdiyevin ətrafında Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Onun rayon ərazisində bir evdən kombi aparatı, bir avtomobildən maqnitofon, S.Kərimovun velosipedini və Ə.Kazımovun mobil telefonunu oğurlaması da müəyyən edilib.

Milli.Az