"Təbrik edin məni! Ailəmizdə böyük problemlər var, gəlirlərimiz azalıb, xərclərimizsə dəyişməz qalıb". Bir anlıq təsəvvür edin ki, çoxuşaqlı ana qonşularına zəng edərək belə "xoş xəbər"i söyləyir. Qonşularsa gülümsəyir, sevinir, qımışırlar. Ahıl qonşu isə bığaltı gülərək deyir: "Təbrik edərdim, amma gəlirləriniz daha da azalacaq. Lap azalsın, onda hə, təbrik edərək".
Absurd, marazm, irrasionallıq? Haqlısınız, razyam. Amma hər şey belə sadə deyil.
Çünki siz "Milli Şura" rəhbərliyinin Zoom proqramı vasitəsilə keçirdiyi virtual yığıncaqlarını görməyibsiniz, o qeybətxanalarda siyasi lümpenlərin ifasındakı sərsəm ifadələrini eşitməyibsiniz bəlkə də.
Əfsuslar olsun ki, yerli siyasi qavroşlarımızla bağlı səhvən işlədilən sinonim kəlmə "liberal"dır. Ötən əsrin 60-cı illərində ABŞ prezidenti Con Ficerald Kennedi deyirdi ki, əgər liberal dedikdə ifrat yumşaq xarici siyasət yürüdən, yerli hakimiyyətə qarşı çıxan və vətəndaşların vergi qismində ödədikləri pulları səpələməyə hazır insanlar nəzərdə tutulursa, onun administrasiyası liberal deyil.
Bunu terminləri dəqiqləşdirmək üçün yazdım, çünki bizim radikal müxalifət əsla liberal deyil. Tam əksinə, çoxdan satılmış, ideologiyaları olmayan bir dəstə siyasət uğursuzlarıdır. O kəslər ki, primitiv anarxosindikalizm və fasiləsiz inqilab mövqelərindədir.
Radikal müxalifətin əsas, fərqli cəhəti Azərbaycanın müstəqil, fərdi xarici siyasət kursundan imtinaya çağırışdır. Onların iqtisadiyyat və insan haqları barədə dediklərinin hamısı primitiv kamuflyajdır. Onların real mahiyyətində bir fikir var: "Azərbaycan müstəqil inkişaf edə bilməyəcək, tarixi qüsurlu ölkədir və bu səbəbdən var olması üçün Avroatlantika blokuna qatılmalı, xaricdən gələn əmr təki "məsləhətləri" şəksiz yerinə yetirməlidir".
Yerdə qalan hər şey söz yığını, əməllərinə və simalarına, gerçək məqsədlərinə fərqli görüntü vermək istəyidir.
Onlar, xüsusilə də AXCP sədri və bloqer Əli Kərimli ilə "Milli Şura"nın sədri, uğursuz professor Cəmil Həsənli idda edirlər ki, sən demə, Qərb ölkələri ilə maksimum yaxınlaşma dövlətimiz üçün yeganə yol, sivil məkana "qayıdış"ın tək istiqamətidir.
Əsla belə deyil. Əli Kərimli ilə Cəmil Həsənli ölkəmizin "Avropa klubu"na bərabərhüüquqlu tərəfdaş yox, "demokratiya məktəbində kiçik şagird" qismində qatılmasını arzulayırlar.
Radikal müxalifətin mahiyyəti budur. Yerdə qalan hər şey müştəri cəlb etmək, sıralarına mümkün qədər çox tərəfdaş yığmaq üçün söz oyunudur.
Kərimli və Həsənli kimi siyasət boşboğazları çox danışmağı sevirlər. Lakin danışdıqlarına artıq deyəsən, özləri də inanmırlar.
Məsələn, "Milli Şura"nın növbəti videoqeybəğxanasında az qala ekzaltasyia hissi keçirən Gültəkin Hacıyeva kameraya baxaraq sevincək deyib: "Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin".
Zoom proqramı vasitəsilə keçirilən virtual laqqırtıxanaya toplaşanlar gülümsəyiblər, seviniblər. Bu yığnağın rəhbəri, ABŞ-a sığınmış Cəmil Həsənli isə deyib: "Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün sonra təbrik edərəm".
Təbii, digər iştirakçılar razılıqla başlarını silkələyiblər.
Mahiyyət etibarilə bütün vətəndaşlar, ölkə və dövlət bir böyük ailədir. Yaxşısı da, pisi də bizimdir, bizik. Və hələlik bu böyük ailənin büdcə gəlirlərinin əhəmiyyətli hissəsi enerjidaşıyıcılarının satışı hesabına formalaşır.
Sonradan o pullar həkimlərə, hərbçilərə, müəllimlərə, fəhlələrə, mühəndislərə maaşlara, qocalara təqaüdlərə, çoxuşaqlı ailələrə müavinətlərə, yolların, məktəblərin xəstəxanaların, binaların tikintisinə və s. xərclənir.
Milyonlarla vətəndaşımızın rifah səviyyəsi həm də enerjidaşıyıcılarının satışlarından əldə edilən gəlirlər hesabına formalaşır.
Bu səbəbdən də neftin ucuzlaşması dünyanın heç bir ölkəsinin sakinləri, habelə vətəndaşlarımız üçün yaxşı xəbər ola bilməz.
Problemlərimizə yalnız düşmənlərimiz sevinə bilər. Bu, aksiomdur.
Kərimli, Həsənli və Hacıyevadan fərqli olaraq vətəndaşlarımız isteriyaya qapılmır, müstəqil xarici siyasət arzulamadıqlarını demir, 100 çeşiddə ilxal kolbasası arzulamırlar. Şikəst məntiqli radikal müxalifətsə məhz bu yöndə çağırışlar edir.
Radikalların populyarlığı da çox aşağı səviyyədədir. İlk səbəb onların uğursuzluqları, dövlətin və millətin maraqlarını nəzərə almamalarıdır.
İkinci əsas səbəb onillər əvvəl dediklərini təkrarlamalarıdır. Onların sözlərinə görə, Günəş Qərbdə doğur - təbiət qanunlarına zidd də olsa.
Bütün bunlar usandırır. İnsanlar ikinci növ olduqlarını anladıqlarından radikallıq edirlər. Hər şey Kərimlinin və ya Həsənlinin dediyi kimidirsə, onda regionda ən güclü ordunu, iqtisadiyyatı, siyasi institutları necə qurduq?
"Milli Şura"nın zəif və bacarıqsız saydığı adamlar Azərbaycanı necə gücləndirdi?
Daxili siyasətin dalanında olan bu adamlar çoxdan məğlub olublar və indi də yeni heç nə təklif etmirlər.
Bu səbəbdən də yerli radikal müxalifəti əsla demokrat və ya liberal saymaq olmaz. Klassik siyasətin və fəlsəfənin müəyyənləşdirdiyi kateqoriyaya onlar cavab vermirlər. Azərbaycanı müstəqllikdən və suverenlikdən məhrum etməyə çalışan bu yığnaq aqressiv topludur.
Aydındır ki, Kərimli və Həsənlinin rəhbərlik etdiyi yığnaq "Ölkə üçün nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" prinsipi ilə davranır. Onların arzusu ölkədə "inqilab, hakimiyyət dəyişikliyi" adı ilə xaos yaratmaqdır. Bu səbəbdən də həmin adamların amalı liberalizm yox, liberalizmə xəyanətdir.
Elçin Alıoğlu
Milli.Az