ÜST xəbərdarlıq etdi: "Antibiotik infeksiyanı gücləndirir"

15 İyun 2020 14:39

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusla mübarizədə antibiotikdən istifadənin zərərlli olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, ÜST-ün sədri Tedros Adanom Qebreyesus bildirib ki, getdikcə artan bakterial infeksiyalar daha öncə onları müalicə etmək üçün istifadə edilən dərmanlara qarşı əks təsir göstərir:

"Koronavirus infeksiyası antibiotik istifadəsinin artmasına səbəb olub. Bu, yalnış addımdır. Vəziyyətin yaratdığı bakterial müqavimət epidemiyadan sonra ağır yükə səbəb olacaq". (publika.az)

Milli.Az