Mövlud Çavuşoğlu Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib

15 İyun 2020 13:41

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rəsmi "Twitter" səhifəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:

"Can Azərbaycanın 15 İyun Milli Qurtuluş Günü mübarək olsun. Azərbaycan bu gün Qafqazın parıldayan güclü ulduzu olub. Ümumilli lider cənnət məkan Heydər Əliyevin yolunda daha gözəl illərə!"

Milli.Az