Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilir

15 İyun 2020 14:50

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi bu gün ləğv ediləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökümət administrasiyasının rəhbəri Natia Mezvrişvili məlumat verib. Bildirib ki, epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq  kənddə sərt karantin rejiminin tətbiqi bu gündən dayandırılacaq.

Qeyd edək ki, yeni növ koronavirusun yayılması ilə əlaqədar olaraqkənddə mayın 15-dən etibarən sərt karantin rejiminin tətbiqinə başlanılıb.

Milli.Az