Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Nicat Əzimli koronavirusa yoluxub.
Milli.Az medicina.az-a istinadən bildirir ki, N.Əzimli bu barədə məlumatı özü paylaşıb.
"Dünənki 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdu deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah, görüşmək ümidilə".
Milli.Az