İki qız atası Kürdə batdı

14 İyun 2020 20:46

Kür çayının Sabirabad rayonu Qruzma kəndi ərazisindən keçən hissəsində başatan şəxsin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, batan şəxs Sabirabad sakini, 1989-cu il təvəllüdlü Abdullayev İlham Əhəd oğludur.  

Hazırda Sabirabad rayonunun Qruzma kəndi ərazisində FHN-in əlaqədar qurumları tərəfindən batan şəxsin meyitinin axtarışları davam edir.

Qeyd edək ki, mərhumun iki qız övladı var.

Milli.Az