Məşhur hind aktyoru intihar etdi

14 İyun 2020 19:12

Məşhur Bollivud aktyoru Suşant Sinqh Racpur intihar edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 34 yaşlı hind ulduzunun cəsədini yaxınları evində tapıb. Ölümündən əvvəl Suşant heç bir məktub qoymayıb.

Yaxınları və ailəsi polisə müraciət ediblər. Onun maddi sıxıntı yaşadığı, depressiyada olduğu bildirilib.

Milli.Az