İngiltərə Premyer Liqasında daha iki koronavirusa yoluxma aşkarlandı

14 İyun 2020 17:19

İngiltərə Premyer Liqasında növbəti koronavirus testlərinin nəticələri açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, müayinələrin 8-ci mərhələsində 1200 nəfər yoxlanılıb.

Futbolçu və klub əməkdaşlarının testlərindən ikisi müsbət nəticə verib. Adları açıqlanmayan iki şəxs fərqli klubları təmsil edir.

Qeyd edək ki, əvvəlki mərhələlərdə 7413 nəfər testdən keçib. Onlardan 14-də koronavirus aşkarlanıb.

Milli.Az