Sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
15 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
Milli.Az