Bu gün Sumqayıtda itkin düşdüyü deyilən Aysel adlı azyaşlı ilə bağlı yeni xəbər var.
Sosial şəbəkədə yayılan son məlumata görə, Aysel heç də itkin düşməyib. Bildirilir ki, qız sadəcə avtobusda yatıb qalıb.
23:24
Bu gün Aysel adında azyaşlı qız saat 18:00 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayondan eyni şəhərdə yerləşən "stansiya" deyilən getmək üçün çıxıb, lakin deyilən ünvana çatmayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə yayılmış elanda məlumat verilib.
Bildirilir ki, Ayselin 15 yaşı var, hündürboy, arıq qızdır.
Hazırda telefonuna zəng çatmır. Valideynləri buna görə çox narahatdır.
Milli.Az