Azərbaycanlı iş adamı Moskvada vəfat edib

13 İyun 2020 21:29

Rusiya paytaxtında azərbaycanlı iş adamı bu gün vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Qurbanov İlham Ramazan oğlu mayın 30-da xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İ.Qurbanovun böyrək ağrısından əziyyət çəkdiyi deyilir.

Lənkəran şəhərində anadan olan mərhum ailəli imiş, iki övladı var.

Milli.Az