Gədəbəydə zəlzələ olub

13 İyun 2020 18:54

Gədəbəy rayonu ərazisində zəlzələ olub.

Bu barədə Milli.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:08-da Gədəbəy stansiyasından 42 km cənubda Gədəbəy ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.3, dərinliyi 9 km olan yeraltı təkan hiss olunmayıb.

Milli.Az