Sumqayıtda başına dəmir düşən fəhlə ölüb

13 İyun 2020 18:48

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, qəsəbə ərazisində aparılan tikintidə fəhlə işləyən, 1980-ci il təvəllüdlü Məmmədov Əli Rəsul oğlunun başına dəmir parçası düşüb. Ağır xəsarət alan Ə. Məmmədov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az