Maqomedali Maqomedov “Dostluq” ordeni ilə təltif edildi - SƏRƏNCAM

13 İyun 2020 15:38

Prezident İlham Əliyev M.M.Maqomedovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov "Dostluq" ordeni ilə təltif edilir.

Milli.Az