Saç qırılmasının qarşısını alır, stressi azaldır və...

13 Sentyabr 2020 21:40

Zanbaq bütün dünyada yetişən xoş ətirli bitkidir. Bu bitkinin uzun və böyük çiçəkləri var. Zanbaqların rəngləri çoxdur. Əsasən ağ rəndə olur. Dağlıq ərazilərdə qırmızı zanbağa rast gəlmək mümkündür.

Milli.Az xəbər verir ki, qədim Yunanıstanda keçirilən toy mərasimlərində gəlin təmizlik, bolluq rəmzi olan zanbaq və buğdadan hazırlanan tac taxırdı.

Zanbaq yağının isə inanılmaz faydaları mövcuddur. Bu yağ təzə toplanan zanbaqlardan soyuq presləmə üsulu ilə alınır.

Zanbaq yağının faydalarını təqdim edirik:

* Ağrıları aradan qaldırır.

* Dərini nəmləndirir.

* Dəridə sızanaq və ləkələrin meydana gəlməsinin qarşısını alır.

* Dəridəki rəng fərqini azaltmaqla tonu tarazlaşdırır.

* Günəş ləkələrinə qarşı təsirlidir.

* Qan dövranını sürətləndirir.

* Qidaların asanlıqla həzm olunmasını təmin edir.

* Bədəni zəhərli maddələrdən təmizləyir.

* Qadınlarda menstruasiya ağrısı üçün faydalıdır.

* Yaşlanma prosesində qırışları azaldır.

* Əllərdə və ayaqlarda meydana gələn kallusu aradan qaldırır.

* Dırnaqları möhkəmləndirir və qırılmasının qarşısını alır.

* Öskürək və bronxitə qarşı fayda təmin edir.

* Dişlərdəki iltihabı və ağrıları azaldır.

* Öd daşlarının və bəlğəmin xaric olmasında ön plana keçir.

* Qaşlara tətbiq edildikdə sürətli uzanmaya töhfə verir.

* Antioksidant xüsusiyyəti ilə əzələ ağrısını azaldır.

* Həzm sisteminə kömək olur.

* Narahatlığı minimuma endirir.

* Saç qırılmasının qarşısını alır.

* Aromaterapiya təsiri sayəsində yuxu rejimini təmin edir.

* Stress və depressiyanı azaltmaqda faydalıdır. (publika.az)

Milli.Az