“Bavariya”ya qayıtmağım mümkün deyil” - Robben

13 İyun 2020 11:42

"Bavariya"nın sabiq oyunçusu Aryen Robben karyerasını bərpa etməsinin mümkün olub-olmaması haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, holland futbolçu deyib: "Gələcəkdə nə olacağını deyə bilmərəm. Amma "Bavariya"ya qayıtmağım mümkün deyil".

Qeyd edək ki, hazırda 36 yaşı olan Robben karyerasını 2019-cu ildə başa vurub. O, dünən "Bavariya"nın bazasında məşq edərkən görüntülənib.

Milli.Az