Sumqayıt dənizkənarı bulvarının sahilində naməlum kişi meyiti aşkar edilib.
Milli.Az bildirir ki, meyitin üzərində heç bir sənəd olmayıb. Həmin şəxsin 50-55 yaşlarında kişi olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyəti müəyyənləşdirilir. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az