Kinoteatrların fəaliyyəti nə vaxt bərpa ediləcək? - Operativ Qərargahdan CAVAB

12 İyun 2020 18:51

Xəstəliyin yayılmasının qarşısını almaq üçün əyləncə mərkəzləri və kinoteatrların fəaliyyətinin bərpası gündəmdə deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, mövcud sanitar-epidemoliji durum əyləncə mərkəzlərinin və kinoteatrların fəaliyyətinin bərpasına imkan vermir. Bu sahənin lazımlılıq dərəcsi aşağı olduğuna görə də bu fəaliyyət sahələrinin bərpası müzakirə olunmur.

Milli.Az