Bəzi təşkilatların işə başlama vaxtı dəyişə bilər

12 İyun 2020 18:49

Sərt karantin günlərində bəzi təşkilatların işə başlama vaxtı dəyişə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu dəyişiklik günün pik saatlarında işə gəlmə zamanı ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulur: "Bu məsələ hazırda Operativ Qərargahda müzakirə olunmaqdadır. Ona görə də ola bilsin ki, müxtəlif təşkilatlar fərqli saatlarda işə başlasınlar".

Milli.Az