Estetik əməliyyat etdirən aktrisa peşiman olub

12 İyun 2020 21:35

Türkiyəli məşhur aktrisa Songül Öden özü barədə maraqlı açıqlama verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktrisa burnunu estetik əməliyyat etdirdiyini, lakin sonradan çox peşiman oluğunu deyib.

''Burnumda sümük əyriliyi olduğu üçün 19 yaşımda əməliyyat etdirmək istədim, ancaq ailəm icazə vermədi. Puluma uyğun həkim tapıb əməliyyat olundum. Əməliyyatdan sonra heç nəfəs ala bilmədim. Qığırdaqlarımı götürdüyü üçün burnum yastılaşmışdı. Daha sonra iki əməliyyat da keçirdim. Qulağımdakı qığırdağı burnuma taxıblar. Göz ətrafıma da qırışlar yarandığı üçün botoks etdirdim. Lakin bu dəfə də üz quruluşumda problem yarandı. İndiki ağlım olsaydı heç birini etdirməzdim'' - deyə, o qeyd edib.

Milli.Az