Baxış sayına görə TikTok YouTube-u keçmək üzrədir

16 İyun 2020 23:50

Tədqiqatlar nəticəsində məlum olub ki, 4 yaşdan 15 yaşadək uşaqlar günün orta hesabla 80 dəqiqəsini TikTok-da keçirirlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, YouTube-da bu göstərici 85 dəqiqədir.

Tədqiqat üçün keçirilən sorğuda ABŞ, Böyük Britaniya və İspaniyadan 60 000 ailə iştirak edib.

Nəzərinizə çatdıraq ki, 2020-ci ildə karantin dönəmində populyar platformanın uşaqlar arasında istifadə faizi 200% artıb.

Milli.Az