Rusiyanın paytaxtı Moskvada yeni formatlı restoranın istifadəyə verilməsi planlaşdırılır. Plana əsasən, robot xidmətilə fəaliyyət göstərən KFC restoran şəbəkəsi açacaqlar. Ənənəvi kassalar olmayacaq və insanlar epidemiya zamanı təmasdan daha yaxşı qorunacaqlar.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda KFC-nin mətbuat xidməti jurnalistlərə bildirib.
Məlumata görə, restoranın ilkin açılışı bütün karantin məhdudiyyətlərini aradan qaldırdıqdan sonra iyun ayında Butyrskaya metro stansiyasında fəaliyyətə başlayacaq.
Sifarişlərin formalaşdırılması və ödənilməsi üçün restoranda yalnız rəqəmsal köşklərin işləyəcəyi bildirilir. Bu sifarişlər ziyarətçilərə avtomatik olaraq veriləcək.
Mətbuat xidməti qeyd edib ki, alıcı sifarişinin necə yığıldığını və konveyer kəmərilə hərəkəti müşahidə edə biləcək.
Milli.Az