"XƏZƏR"də fərqli veriliş başlayacaq - Aparıcısı görün kim ola bilər - FOTO

12 İyun 2020 14:47

Keçmiş "ANS" telekanalı və ATV-dəki fəaliyyəti ilə Azərbaycan tamaşaçısına yaxşı tanış olan aparıcı Azər Zahidin yeni iş yeri bəlli olub.

Milli.Az xəbər verir ki, aparıcı yeni mövsümdən "Xəzər"də görünəcək. Belə ki, aparıcı yeni layihə ilə efirə qayıdacaq.

Bu barədə Azər özü "5/5"də məlumat verib:

"Mən 2006-cı ildən prodakşnımla müstəqil olaraq çalışmışam. "Xəzər" mənim layihəmi çox isti qəbul edib, çox yaxşıdır. Buradakı kollektiv çox fərqlidir. Ümidvaram ki, sentyabrda mən də yeni, fərqli bir şeylə efirə çıxacam". 

Məhəmməd Vaqif
Milli.Az