"Hamı maskasızdır, məsafə də saxlamırlar" - Ayan parkdakı görüntünü yaydı

12 İyun 2020 16:54

Müğənni Ayan Babakişiyeva Dənişkənarı Milli parkda qarşılaşdığı tıxacın görüntülərini İnstaqram səhifəsində paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi insan sıxlığından, tıxacdan gileylənib:

"Dənizkənarı parka gəldim. Bir az gəzmək istədim. Avtomobili çıxartmaq üçün bu qədər növbə yaranıb. Dayanacaqda nə qədər insan tıxacı var. Hər kəs də maskasız, məsafə saxlamır. Özümüzü qoruyaq deyirik, amma budur?".

Milli.Az