Bəhreyn Krallığının vəliəhdi, Ali Baş Komandanın müavini, Nazirlər Şurası sədrinin birinci müavini Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".
Milli.Az