Azərbaycan millisi Xorvatiyaya qarşı
15 Dekabr 2011 10:14
Bu gün futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək 5-ci qrupunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, dekabrın 18-dək davam edəcək yarışda Azərbaycan milli komandasının rəqibləri Ukrayna, Xorvatiya və Makedoniya yığmalarıdır.
Bakı İdman Sarayında keçiriləcək matçların hakimləri Stefan Kammerer (Almaniya), Karel Heniç (Çexiya), Gerd Bilois (Belçika) və Balazs Farkas (Macarıstan) olacaqlar. Dairəvi sistemlə mübarizə aparacaq komandalar pley-off mərhələsinə 2 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
İlk oyun günündə - dekabrın 15-də millimiz Xorvatiya, bir gün sonra Makedoniya və dekabrın 18-də Ukrayna yığmaları ilə qarşılaşacaq. Bu gün həm də Makedoniya və Ukrayna yığmaları öz aralarındakı münasibətlərə aydınlıq gətirəcəklər.
Futzal
DÇ-2012-nin seçmə mərhələsi
5-ci qrup
15 dekabr
18:30. Ukrayna - Makedoniya
21:00. Azərbaycan - Xorvatiya
Milli.Az