DİM bədən hərarətinə görə imtahana buraxılmayan şagirdlər haqda danışdı

12 İyun 2020 12:49

Bədən hərarəti aşkarlandığına görə, buraxılış imtahanına buraxılmayan şagirdlər üçün yenidən imtahanların təşkili ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə müzakirələr aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, bununla bağlı hələ qərar verilməyib: "Amma buna bir ümid də var deyərik".
B.Xəlilov əlavə edib ki, imtahanlarda üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrda yenidən imtahan keçiriləcək.

Milli.Az