Ələt-Türkmənbaşı istiqamətində konteyner daşınmaları bərpa edilib

12 İyun 2020 19:49

Ələt-Türkmənbaşı-Ələt istiqamətlərində konteyner daşınmaları bərpa edilib.

Bu barədə Milli.Az-a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən məlumat verilib. Qurum öz Nəqliyyat Donanmasına aid quru yük gəmilərini müştərilərin sərəncamına verib:

"ASCO bu istiqamətlərdə daşınmaların səmərəli və sürətli yerinə yetirilməsi üçün öz Nəqliyat Donanmasına aid quru yük gəmilərini müştərilərin sərəncamına verib".

Daşınmalar aşağıdakı tariflərə uyğun aparılacaq:

20 FT = 300 ABŞ dolları

40 FT= 550 ABŞ dolları

Milli.Az