Azərbaycanlı məşhurlar KORONAVİRUSA yoluxdular - FOTO

12 İyun 2020 12:07

Azərbaycanda bir çox məşhur sənət adamları koronavirusa yoluxub.

Milli.Az xəbər verir ki, bunu xeyriyəçi-aparıcı Hacı Nuran "Şou ATV"də açıqlayıb.

O, koronaya yoluxan həmin məşhurlardan mətbuatın hələ xəbərinin olmadığını bildirib:

"Siz hələ bilmirsiniz nə qədər sənət adamları koronavirusa yoluxub. Məlumat yaxşı ki, sızmayıb. Şükür Allaha, hamısı müalicə alır". 

Məhəmməd Vaqif
Milli.Az