Əməkdar artist Abbas Bağırov efirlərdə az-az görünməsinin səbəbini açıqlayıb.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, bu barədə ATV-də yayımlanan "7 canlı" verilişində danışıb.
"Efirlərdə tez-tez görünmək mənasızdır. Buna mən özüm qərar vermişəm. Çünki ifaçının bu gün bu verilişdə qonaq olub, sabah eyni suallara başqa proqramda cavab verməsi bir az yersizdir. Çünki təqdim edəcək yenilikləri olmayacaq. Ondansa efirlərə gec çıxıb, ortaya maraqlı işlər qoymaq olar",- deyə o, bildirib.
Milli.Az