Teymur əmi dəfn edildi

12 İyun 2020 11:39

Xalq artisti Teymur Mustafayev dəfn olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda Mədəniyyət nazirliyindən xəbər verilib. Bildirilib ki, dəfn mərasimində az sayda insan iştirak edib.

Xanəndə doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, müğənnin həyat yoldaşı ötən il dünyasını dəyişmişdi.

Milli.Az