Tovuz rayonunda beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 130 m2 olan mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m2 sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 7 m2 sahədə əriyib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az